"Hər bir uşaq istedadlıdır" layihəmiz davam edir

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
- Yaqubov Ömər Namizəd oğlu.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Karate ilə məşğul oluram.
3.Bu sahəyə maraq necə oldu yarandı?
-Televiziyada baxdığım zaman marağım artdı və o sahəyə yönəldim.
4.Harada məşq edirsən? Məşqçin kimdir?
- “HÖVSAN İDMAN KOMPLEKSİ”-ində məşq edirəm.Məşqçim İbad Rzazadədir.
5.Neçə ildir bu idman növü ilə məşğul olursan?
- 1 ildir ki, Karate ilə məşğul oluram.
6.Bir il ərzində hansı nailiyyətlər qazanmısan?
-İki diplom və bir medalla mükafatlandırılmışam.
7.Hansı ölkədaxıli və beynəlxalq yarışlarda iştirak etmisən?
- 28.01.2018-ci ildə AZƏRBAYCAN QOÇYU-RYU OKİNOVA KARATE-DO VƏ KEMPO-RYU FEDERASİYASININ keçirtdiyi seminarda narıncı kəmərlə,25.03.2018-ci ildə BAKI ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİNİN keçirtdiyi tədbirdə Bakı çempionatı QOÇYU-RYU,İKİQUMİ-QO üzrə diplom və medalla 3-cü yerə layiq görülmüşəm.
8.Gələcəyinlə bağlı hansı arzuların var?
-Yaxşı bir idmançı olub ”Qara kəmər”-ə sahib olmaq istəyirəm.