Hər bir uşaq istedadlıdır

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin ilk belə iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
- Hüseynova Samirə Aydın qızı.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Gimnastika ilə məşğul oluram.
3.Bu sahəyə maraq necə oldu yarandı?
-Televiziyada gördüyüm zaman evdə hərəkətləri təkrar edirdim.Nənəm bu həvəsimi hiss etdiyi üçün məni “Ocaq” idman kompleksinə sınaq imtahanına apardı.
4.Harda məşq edirsən? Məşqçin kimdir?
- “Ocaq” idman kompleksində, məşqçim Yelena Vladimirovnadır.
5.Neçə ildir bu idman növü ilə məşğul olursan?
- 1 ildir ki, gimnastika ilə məşğul oluram.
6.Bir il ərzində hansı nailiyyətlər qazanmısan?
-İki medal və bir diplomla mükafatlandırılmışam.
7.Hansı yarışlarda iştirak etmisən?
- 26.08.2018-ci il tarixində ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad gününə həsr olunmuş tədbirdə və 15.09.2018-ci ildə “Ocaq” idman kompleksinin 5 illik yubleyilə əlaqədar keçirilən yarışda iştirak etmişəm.
8.Gələcəyinlə bağlı hansı arzuların var?
-Gimnastika ilə məşğul olaraq daha böyük nailiyyətlər əldə etməyi və ölkəmizi ən möhtəşəm yarışlarda təmsil etməyi planlaşdırıram.