İbtidai siniflər aylığı çərçivəsində növbəti nümunəvi dərs

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Noyabr ayı məktəbdə ibtidai siniflər aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına və məktəbin illik Fəaliyyət Planının 1.2.4-cü bəndinə uyğun olaraq gənc müəllim –peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində işin qurulması, gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünə inamın artırılması, yaradıcı işə meylin gücləndirilməsi məqsədilə ibtidai siniflərdə nümunəvi dərslər təşkil olunur. Noyabrın 13-də 2''D" sinfində Səbinə Aydəmirova həyat bilgisi fənnindən "Sağlamlıq nədir?" mövzusunda nümunəvi dərs keçmişdir. Dərsdə məktəb rəhbərliyi və metodbirləşmə sədri ilə yanaşı gənc və təcrübəli müəllimlər də iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi