SSG klubu forum teatr keçirdi

"Azərbaycanda seçilmiş məktəblərdə su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsinin iştirakçısı olan şagirdlərin iştirakı ilə yaradılmış SSG klubu tərfindən həyata keçirilən aksiyalar məktəbimizdə uğurla həyata keçirilməkdədir. Bu dəfə klubun üzvləri klub rəhbəri Aidə Eyvazovanın rəhbərliyi ilə "Su, sanitariya və gigiyena" ya həsr olunmuş forum teatr keçirmişdilər. Tədbirdə, həmçinin SSG klubunun keçirdiyi rəsm və inşa müsabiqələrinin qalibləri fəxri fərmanlarla təltif edildilər. Qeyd edək ki, layihə BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi əsasında həyata keçirilir. Burada əsas məqsəd seçilmiş məktəblərdə sosial tədbirlər təşkil etmək, su, sanitariya və gigiyena haqqında məlumatlılığın artırılmasına, uşaq və gənclərin münasibət və davranışına dəstək olmaqdır.