İngilis dili fənni üzrə dinləyib-anlama qabiliyyəti yoxlanılır

Məktəbin illik Fəaliyyət planının 1.1.3.3 və 1.1.3.7-ci bəndlərinə uyğun olaraq buraxılış siniflərinin ingilis dili fənni üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə noyabrın 7-də 9-cu siniflərdə sınaq test imtahanı keçirilmişdir. Buraxılış imtahanlarının birinci mərhələsinə uyğun olaraq şagirdlərin ingilis dili fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün audio mətn səsləndirilib və ona uyğun tapşırıq nümunələri verilib.