SSG klubunun keçirdiyi rəsm sərgisi

"Azərbaycanda seçilmiş məktəblərdə su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsinin iştirakçısı olan şagirdlərin iştirakı ilə yaradılmış SSG klubu tərfindən həyata keçirilən aksiyalar məktəbimizdə uğurla həyata keçirilməkdədir. Bu dəfə klubun üzvləri "Su, sanitariya və gigiyena" ya həsr olunmuş rəsm müsabiqəsi keçirmişdilər. Artıq müsabiqə iştirakçılarının əl işləri məktəbdə nümayiş olunur. Qeyd edək ki, layihə BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi əsasında həyata keçirilir. Burada əsas məqsəd seçilmiş məktəblərdə sosial tədbirlər təşkil etmək, su, sanitariya və gigiyena haqqında məlumatlılığın artırılmasına, uşaq və gənclərin münasibət və davranışına dəstək olmaqdır.