SSG klubunun daha bir fəaliyyəti

"Azərbaycanda seçilmiş məktəblərdə su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsinin iştirakçısı olan şagirdlərin iştirakı ilə yaradılmış SSG klubu tərfindən həyata keçirilən aksiyalar məktəbimizdə uğurla həyata keçirilməkdədir. Oktyabrın 31-də növbəti tədbir həyata keçirildi. Bu dəfə klubun üzvləri "Su, sanitariya və gigiyena" ya həsr olunmuş maarifləndirici materiallarla müəllim və şagirdlərin görüşünə gələrək bu vəsaitləri onlara təqdim etdilər. Qeyd edək ki, layihə BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi əsasında həyata keçirilir. Burada əsas məqsəd seçilmiş məktəblərdə sosial tədbirlər təşkil etmək, su, sanitariya və gigiyena haqqında məlumatlılığın artırılmasına, uşaq və gənclərin münasibət və davranışına dəstək olmaqdır.