Yuxarı sinif şagirdləri ilə görüş keçirildi

Oktyabrın 25-də məktəbin illik Fəaliyyət Planının 1.3.5-ci bəndinə uyğun olaraq məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, sanitar-gigiyena rejiminin gözlənilməsi məqsədilə məktəbin 10-11-ci sinif şagirdləri ilə məktəb direktorunun görüşü keçirildi. Görüşdə, həmçinin şagirdlərin davamiyyəti, nizam-intizam qaydaları və yuxarı sinif şagirdləri arasından növbətçi şagirdlərin seçilib təyin edilməsi məslələri də müzakirə olundu.