"Su, sanitariya və gigiyena" klubunun fəaliyyəti

MT-nin uşaq fondu 2008-ci ildə BMT-nin Baş Assambleyasının keçirdiyi iclasında hər il 15 oktyabrı rəsmi olaraq “Ümumdünya Əl Yuma Günü” kimi elan edib. Oktyabrın 16-da "Azərbaycanda seçilmiş məktəblərdə su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsinin iştirakçısı olan şagirdlərin iştirakı ilə yaradılmış "SSG klubu" tərfindən 4"D'' sinfində “Ümumdünya Əl Yuma Günü”nə həsr olunmuş təşkilar saatı keçirildi. Qeyd edək ki, layihə BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi əsasında həyata keçirilir. Burada əsas məqsəd seçilmiş məktəblərdə sosial tədbirlər təşkil etmək, su, sanitariya və gigiyena haqqında məlumatlılığın artırılmasına, uşaq və gənclərin münasibət və davranışına dəstəktək olmaqdır.