Xalq yazıçısı Anarla görüş keçirildi

Oktyabrın 12-də məktəbin illik Fəaliyyət Planının 1.3.9-cu bəndinə uyğun olaraq məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və “İmzalı görüş” layihəsi çərçivəsində şagirdlərin şair və yazıçılar, bədii qiraət ustaları ilə görüşlərinin təşkil məqsədilə yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ilə məktəblilərin görüşü keçirildi. Görüşdə şagirdlər ədibin əsərlərindən parçalar ifa etdilər, mahnılar ifa olundu və yazıçının maraqlı söhbətləri oldu.