"Su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsi iştirakçılarına forma və vəsaitlər təqdim olundu

Oktyabrın 12-də "Azərbaycanda seçilmiş məktəblərdə su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsinin iştirakçısı olan şagirdlərə forma və maarifləndirici vəsaitlər təqdim olundu. Layihə BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi əsasında həyata keçirilir. Burada əsas məqsəd seçilmiş məktəblərdə sosial tədbirlər təşkil etmək, su, sanitariya və gigiyena haqqında məlumatlılığın artırılmasına, uşaq və gənclərin münasibət və davranışına dəstəktək olmaqdır.