“20 YANVAR” FACİƏSİNİN 26-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

19 yanvar 2016-cı il tarixində 76 № -li tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı .Tədbirin aparıcıları tədbir boyunca 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciələri təfsilatı ilə iştirakçılara çatdırdılar. Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həm Azərbaycan, həm də Rus bölməsinin şagirdləri şeirlər söylədilər. Məktəbin xoru "Şəhidlər" və "Vətən səni çağırır" mahnılarını ifa etdilər. Sonra məktəbin direktoru Tağıyeva Tehranə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi uzun illər göstərdi ki, bu şərəfli tarixi ağlamaq, yas tutmaq günü kimi yox, qəhrəmanlıq salnaməsi kimi xatırlamaq lazımdır. 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. Həmin gecə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini deyib. Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirərək, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıb. Sonra təlim- tərbiyyə işləri üzrə direktor müavini N.İsmayılov,tarix müəlliməsi Həsənova Pəri şagirdlərə tariximizin qanlı 20 Yanvar faciəsi barədə geniş məlumat verdilər.Məktəb şagirdlərinin ifasında Qanlı Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və video materiallar nümayiş olundu.