Nümunəvi dərslər keçirilir

Məktəbin illik Fəaliyyət Planının 1.2.4-cü bəndinə uyğun olaraq gənc müəllim –peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində işin qurulması, gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünə inamın artırılması, yaradıcı işə meylin gücləndirilməsi məqsədilə nümunəvi dərslər təşkil olunur. Oktyabrın 8-də 1"Ə" sinfində Çinarə Paşayeva ana dili fənnindən nümunəvi dərs keçmişdir. Dərsdə məktəb rəhbərliyi və metodbirləşmə sədri ilə yanaşı gənc və təcrübəli müəllimlər də iştirak edirdilər.