Valideynlərlə görüşlər keçirilir

Sentyabrın 28-də 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında oxuyacaq şagirdlərin valideynləri ilə görüş keçirildi. Görüşdə valideynlərə məktəbəhazırlığın əsas məqsədi haqqında-uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından danışıldı. Həmçinin valideynlərə məktəbdaxili nizam-intizam qaydaları da izah olundu.