Şagirdlərimiz "Su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsində

Sentyabrın 26-da şagirdlərimiz Təhsil İnstitutunda "Azərbaycanda seçilmiş məktəblərdə su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsində iştirak etdilər. Layihə BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi əsasında həyata keçirilir. Burada əsas məqsəd seçilmiş məktəblərdə sosial tədbirlər təşkil etmək, su, sanitariya və gigiyena haqqında məlumatlılığın artırılmasına, uşaq və gənclərin münasibət və davranışına dəstəktək olmaqdır.