"Su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsinin təqdimatı keçirildi

Sentyabrın 20-də məktəbdə "Azərbaycanda seçilmiş məktəblərdə su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsinin təqdimatı keçirildi. Layihə BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi əsasında həyata keçirilir. Burada əsas məqsəd seçilmiş məktəblərdə sosial tədbirlər təşkil etmək, su, sanitariya və gigiyena haqqında məlumatlılığın artırılmasına, uşaq və gənclərin münasibət və davranışına dəstəktək olmaqdır.