Yeni tədris ilinin astanasında

Artıq məktəbimiz 15sentyabrda şagirdlərimizi qəbul etməyə tam hazırdır. Bütün kollektiv səfərbər olaraq sinif otaqlarında göz oxşayan səliqə-sahman yaradılmışdır. Məktəbin idman və akt zalında da təmizlik və cari təmir işləri görülmüş və burada şagirdlərin idman dərslərinin və müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
15 sentyabr saat 8:00-da bütün şagirdlərimizi və onların valideynlərini "Bilik günü" tədbirinə dəvət edirik.