Pedaqoji Şuranın iclası keçirildi

Sentyabrın 13-də 2018-2019-cu dərs ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. İclasda gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı, Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri bir daha pedaqoji kollektivin diqqətinə çatdırılaraq yeni dərs ili üçün qarşıdan duran vəzifələr müəyyənləşdirildi. Tədbirin sonunda kollektivin bəzi üzvlərinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsi tərəfindən verilən Fəxri Fərmanlar təqdim olundu. Bir daha bütün kollektivin yeni dərs ilini təbrik edir, onlara can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirik.