Valideyn icmasının nümayəndələri ilə görüş keçirildi

Sentyabrın 4-də məktəb rəhbərliyinin və sinif rəhbərlərinin iştirakı ilə valideyn icmasının nümayəndələri ilə görüş keçirildi. Görüşdə yeni tədris ilində qarşıda duran vəzifələr, şagirdlərin məktəbə qəbulu, ümumi nizam-intizam qaydaları, məktəbli geyimi və digər cari məsələlər müzakirə olundu. Tədbirdə, həmçinin Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Lamiyə Namazova da iştirak edirdi.