“İnsan Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirildi

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il 18 iyun tarixində “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar, ənənəvi olaraq bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları aylığı” elan edilmişdir. Təhsil müəssisəsində pedaqoji və şagird kollektivinin bu barədə məlumatlandırılması, aylıq çərçivəsində insan hüquqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzulara aid tədbirlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. İyunun 4-də məktəbin coğrafiya müəllimi Aidə Eyvazovanın təşkilatçılığı ilə “İnsan Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi