"Fizika maraqlıdır" əyləncəli viktorina keçirildi

Məktəbin illik Fəaliyyət Planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması və dövlət dilinin təbliği məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Aprel ayı məktəbdə kimya-biologiya aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına müvafiq olaraq mayın 30-da fizika fənnindən məktəbin fizika müəllimi Esmira Bekerovanın təşkilatçılığı ilə "Fizika maraqlıdır" əyləncəli viktorina keçirildi. Tədbirin sonunda qaliblər və iştirakçı şagirdlər Fəxri Fərmanlar və Təşəkkürnamələrlə təltif edildilər.