Cümhiriyyət tarixindən bəhs edən dəyirmi masa keçirildi

Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərimiz davam etməkdədir. Ölkə rəhbəri Cənab İlham Əliyevin 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi sərəncamına və BŞTİ-nin müvafiq əmrinə uyğun olaraq məktəb üzrə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı əmrlə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına və məktəbin illik Fəaliyyət Planının 1.3.27-ci bəndinə uyğun olaraq müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə mayın 30-da məktəbin tarix müəllimi Şirmayi Səfərova sinif rəhbərləri və valideynlərlə "Azərbaycan Xalq Cümhuriyyəti şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır" mövzusunda maarifləndirici görüş keçirdi. İştirakçılara Cümhuriyyət tarixindən bəhs edən təqdimat nümayiş olundu. Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. Sonda sənədli film nümayiş olundu.