Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərimiz davam etməkdədir. Ölkə rəhbəri Cənab İlham Əliyevin 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi sərəncamına və BŞTİ-nin müvafiq əmrinə uyğun olaraq məktəb üzrə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı əmrlə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına və məktəbin illik Fəaliyyət Planının 1.3.27-ci bəndinə uyğun olaraq müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə mayın 25-də məktəbin müəllimləri Aybəniz Heydərova, Cəmilə Qasımova, Nigar Bayramova və Elminaz Mahmudovanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "28 May-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü-Respublika Günü" ilə əlaqədar açıq havada ədəbi-bədii kompozisiya keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi