Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsi keçirildi

Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərimiz davam etməkdədir. Ölkə rəhbəri Cənab İlham Əliyevin 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi sərəncamına və BŞTİ-nin müvafiq əmrinə uyğun olaraq məktəb üzrə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı əmrlə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına və məktəbin illik Fəaliyyət Planının 1.3.27-ci bəndinə uyğun olaraq müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə mayın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş şagirdlər arasında "Müstəqilliyimiz əbədidir" adlı inşa müsabiqəsi keçirildi.