Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgi keçirildi

Bildiyimiz kimi ölkə rəhbəri Cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Bu məqsədlə BŞTİ-nin müvafiq əmrinə uyğun olaraq məktəb üzrə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı əmrlə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına və məktəbin illik Fəaliyyət Planının 1.3.27-ci bəndinə uyğun olaraq müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə mayın 17-də məktəbin foyesində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgi keçirildi.