Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dəyirmi masa və ədəbi-bədii kompozisiya keçirildi

Məktəbin illik Fəaliyyət Planının 1.3.25-ci bəndinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ümummilli Lider Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq mayın 7-də məktəbdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dəyirmi masa və ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə, həmçinin Ulu Öndərə həsr olunmuş inşa və rəsm müsabiqələrinin qalibləri də Fəxri Fərmanlarla təltif edildilər.