Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya

Məktəbin illik Fəaliyyət Planının 1.3.7-ci bəndinə uyğun olaraq motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili və məktəblilərin yaz tətilinin səmərəli keçirilməsi məqsədilə 4e sinif şagirdləri mayın 3-də sinif rəhbəri Günay Zeynalovanın rəhbərliyi ilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyaya getmişdilər.