Biologiya fənnindən əyləncəli dərs-tamaşa keçirildi

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması və dövlət dilinin təbliğ məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Aprel ayı məktəbdə biologiya aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına müvafiq olaraq aprelin 27-də biologiya fənnindən məktəbin biologiya müəllimi Elvira Rudolfovnanın təşkilatçılığı ilə 8c,8ç, 8d, 7c və 7ç sinif şagirdlərinin iştirakı ilə "Canlı orqanizmdə elementlərin əhəmiyyəti barədə" dərs-tamaşa keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi