Biologiya fənnindən nümunəvi dərs keçirildi

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması və dövlət dilinin təbliğ məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Aprel ayı məktəbdə biologiya aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına müvafiq olaraq aprelin 27-də biologiya fənnindən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bahar Həsənovanın 8a sinfində "Zərərli vərdişlərə yox deyək" mövzusunda açıq dərsi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi