B. Vahabzadənin 90 illiyinə həsr olunmuş tədbir keçirildi

24.12.2015-ci il tarixdə Ə. Məmmədov adına 76№ li tam orta məktəbdə B. Vahabzadənin 90 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə BDU-nun professoru,kafedra müdiri Nizaməddin Şəmsizadə,tənqidçi publisist Vaqif Yusifli,Mədəniyyət və İncəsənət Universitetinin müəllimi,Əməktar artist Ağalar Bayramov,Hövsan qəsəbəsindəki orta məktəblərin direktorları,məktəbimizin müəllimələri və yuxarı sinif şagirdləri iştirak etdilər.Çıxış edənlər görkəmli Azərbaycan şairi B.Vahabzadənin yaradıcılığı haqqında danışdılar.Şagirdlərin ifasında B. Vahabzadənin şerlərindən parçalar,sözlərinə yazılmış mahnılar şagirdlər tərəfindən ifa olundu.10b sinif şagirdlərindən F.Ömərov,T.Səfərov,N.Dərbəndəlizadə,S.Süleymanzadə və başqalarının ifasında B.Vahabzadənin “Şəbi- hicran”poemasından parçalar səhnələşdirilməsi tədbir iştirakçılarının alqışına səbəb oldu.B.Vahabzadənin yubleyinə həsr olunmuş divar qəzetləri qonaqlar tərəfindən maraqla qarşılandı Tədbirin sonunda məktəbin direktoru T.Tağıyeva qonaqlara öz təşəkürünü bildirdi.