“Hazırcavablar” intellektual teleoyununda qalib gələn şagirdlərimiz təltif edildilər

Məktəblilərdən ibarət komandalar arasında növbəti intellektual teleoyunun qalibləri bu dəfə məktəbimizin 6-cı sinif şagirdləri oldular. “Hazırcavablar” intellektual teleoyununda uğurla iştirak edən şagirdlərimiz “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və digər bölmələr üzrə sualları cavablandırmışdılar.. 
Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə AzTv-də yayımlanır.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini, ayrı-ayrı fənlərə olan marağını və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onları yeni məlumatlar toplamaq üçün axtarışlara sövq etmək, məktəblilərin yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəflərindəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi