“Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın ilk turu keçirilir

Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Məktəbin V-VI sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını və Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin
5 aprel 2018-ci il tarixli, № F-152 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə aprelin 14-də məktəbdə “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın ilk turu keçirildi.