General Səməd bəy Mehmandarovun 160 illik yubleyinə həsr olunmuş tədbir

Bakı Şəhəri üzrəTəhsil İdarəsinin 03.11.2015-ci il tarixli 270 №li əmri ilə əlaqədar məktəbimizdə 23.12.2015-ci il tarixdə “Dəyirmi masa” keçirildi.“Dəyirmi masa” məktəbimizin hərbi rəhbəri Mühacirov Vahid müəllimin rəhbərliyi və X-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmişdi.Tədbirdə şagirdlərdən Günay,Fəridə,Zoya,Kərim və başqaları çıxış edərək General Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyəti ilə bağlı məlumat vermişlər. Sonda Vahid Mühacirov generalın hərbi sahəsində gördüyü işlər ordu quruculuğunda müstəsna əhəmiyyətli rolu haqqında şagirdlərə geniş məlumat verdi.