Buraxılış siniflərinin monitorinqi davam edir

Məktəbin illik Fəaliyyət planının 1.1.3.3 və1.1.3.7-ci bəndlərinə uyğun olaraq buraxılış siniflərinin ana dili və riyaziyyat fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış test imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə aprelin 3-dən başlayaraq həftə ərzində Azərbaycan və rus bölməsində təhsil alan 9-cu sinif şagirdlərinə sınaq imtahanı keçirilir.