Məktəbdə xarici dillər aylığı keçirilir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Mart ayı məktəbdə xarici dillər aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Martın 29-da məktəbin ingilis dili müəllimləri İradə Babayeva və Lalə Ələsgərovanın təşkilatçılığıyla 5c, 7ç, 8c və 8ç sinif şagirdlərinin iştirakı ilə ingilis dilindən əyləncəli ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə şagirdlər öz çıxışlarında ingilis dilində danışmaq və ünsiyyət qurmaq bacarıqlarını nümayiş etdirdilər.