Nümunəvi dərs keçirildi

19 mart 2018-ci il tarixdə 3ə sinif müəllimi Quliyeva Arifə Rus dili fənnindən nümunəvi açıq dərs təqdim etdi.Dərsdə məktəbimizin direktoru Nəsimi Quliyev təlim-tərbiyə işləri üzrə direktor müavini Nəriman İsmayılov, metodbirləşmə sədri Şahvələdova Olqa və digər ibtidai sinif müəllimləri iştirak edirdi.Dərs zamanı şagirdlər mövzuya uyğun olaraq 5 qrupa bölünmüşdü.Elektron lövhədə verilən suallar cavablandırıldıqdan sonra müəllim sual-cavab yolu ilə şagirdlərin biliklərini diaqnostik qiymətləndirilməsini həyata keçirdi. Nümunəvi dərsdə iştirak edən müəllimlər dərsin sonunda müzakirə zamanı fəal dərsin bütün mərhələləri haqqında müsbət rəy bildirdilər.