31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş sənədli film nümayiş olundu

Məktəbin Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "31 mart Azərbaycanlıların soyqırım gününün keçirilməsi" barədə məktəb üzrə əmrlə Tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq martın 15-də məktəbin akt zalında müəllim və şagirdlərin iştirakı ilə 31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş sənədli film nümayiş olundu. Tədbirdə məktəbin direktoru N.Quliyev və direktor müavini N.İsmayılov 31 mart Azərbaycanlıların soyqırım günü haqqında şagirdlərə məlumat verdilər.