Məntiq olimpiadasının qalibləri mükafatlandırılıb

Martın 9-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, İSTƏK liseyinin direktoru Samir Şəmiyev, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb. Qaliblər arasında məktəbimizin 6-cı sinif şagirdi Təbriz Nurəhmədov da var idi.