Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi keçirilir

18 mart tarixində Bakı şəhərində Təhsil Texnologiyaları Mərkəzi ilə birgə fəaliyyət əsasında Kenquru Beynəlxalq Riyaziyyat Yarışmasının keçirilməsi planlaşdırılmışdır. Bu məqsədlə martın 5-də məktəbin ibtidai sinif və riyaziyyat müəllimləri ilə görüş keçirilərək müzakirələr aparıldı. Məktəbimizdə təhsil alan şagirdlər və valideynlər yarışmada iştirak etmək istəyirlərsə www.ttm.edu.az saytına daxil olaraq övladlarını qeydiyyatdan keçirə bilərlər.