Nailiyyətlər, problemlər, perspektivlər-valideyn icmasının nümayəndələri ilə görüş

Martın 1-də məktəbin illik Fəaliyyət planının 1.4.12-ci bəndinə uyğun olaraq şagird nailiyyəti və məktəbin nəticələri barədə obyektiv hesabat əsasında valideyn və müvafiq qurumlarının məlumatlandırılması, 2017-2018-ci tədris ilinin 1-ci yarımilinin yekunlarına həsr olunmuş 1-4-cü sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. İclasda məktəb rəhbərliyi yarımilin yekunlarını və tədris ilində qarşıya çıxan problemləri valideynlərin diqqətinə çatdırdı. Şagirdlərin dərsə davamiyyəti və məktəbdə keçirilən məktəbdaxili qiymətləndirmənin nəticələri haqqında valideynlər məlumatlandırıldı.
Məktəb direktoru şagirdin təhsildə uğurlu nəticə qazanması üçün məktəb-valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Sonda məktəb rəhbərliyi valideynləri maraqlandıran sualları cavablandırdı və valideynlərin təklifləri dinlənildi.