Şagirdlər arasında viktorina keçirildi

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması və dövlət dilinin təbliğ məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə ana dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Fevralın 28-də məktəbin rus dili və ədəbiyyat müəllimi Zarina Hüseynovanın rəhbərliyi ilə rus bölməsində təhsil alan 7-ci sinif şagirdləri arasında viktorina keçirildi. Qalib komanda 7c sinfi oldu.