Şagirdlərin əl işləri sərgilənir

Məktəbin Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə şagirdlər arasında rəsm müsabiqəsi keçirilmişdir. İndi həmin əl işləri məktəbin müxtəlif yerlərində sərgilənməkdədir.