Beynəlxalq "Ana Dili Günü" nə həsr olun­muş tədbir keçirildi

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması və dövlət dilinin təbliği məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə ana dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Fevralın 23-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Qəndab Quliyevanın və Rübabə Tanrıverdiyevanın təşkilatçılığı ilə Beynəlxalq ana dili gününə həsr olunmuş "Dilimiz mənəviyyatımızdır" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin müəllim, valideyn və şagird kollektivi ilə yanaşı şair qonaqlar da iştirak edirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi