Ədəbiyyat fənnindən əyləncəli viktorina keçirildi

          Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə ana dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Fevralın 20-də məktəbin rus dili və ədəbiyyat müəllimi Yelena Arslanovanın təşkilatçılığı ilə 10c və 10ç sinifləri arasında ədəbiyyat fənnindən əyləncəli viktorina keçirildi. Tədbirdə məktəbin 6e və 9c sinif şagirdləri maraqlı səhnəciklər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi