İbtidai siniflərdə yazı bacarığının yoxlanılması işi davam edir

Qeyd etdiyimiz kimi məktəbin illik Fəaliyyət planının 1.1.2.6-cı bəndinə uyğun olaraq şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması və düzgün yazı vərdişlərinin aşılanması məqsədi ilə ibtidai siniflərdə məktəb rəhbərliyinin nəzarəti ilə yoxlama imlalar yazdırılır. Yoxlama imlalar 2-4-cü siniflərdə Azərbaycan və rus bölmələrində həftə ərzində keçirilmişdir.