"Ən təmiz sinif müsabiqəsi"nin qalibləri təltif edildi

Dekabr ayından başlayaraq məktəbdə "Ən təmiz sinif müsabiqəsi" keçirilməyə başlanılmışdır. Bu gün həmin müsabiqənin yanvar ayı üçün qalibləri məktəb rəhbərliyi tərəfindən "Təşəkkürnamə"lər ilə təltif edildilər. Yanvar ayının qalibləri 2b, 4d, 9ç və 10b sinifləri olmuşdular. Qalib gələn siniflərimizi bir daha təbrik edirik. Müsabiqə bu ay da ilin sonuna kimi davam edir.