20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş rəsm müsabiqəsinin və divar qəzetlərinin sərgisi

Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq şagirdlər arasında rəsm müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə çəkilmiş əl işləri və müxtəlif siniflər tərəfindən hazırlanmış divar qəzetləri məktəbin müxtəlif hissələrində hazırlanmış stendlərdə nümayiş olunur.