"20 Yanvar qəhrəmanlıq tariximizdir" adlı əbəbi-bədii kompozisiya keçirildi

Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq yanvarın 18-də "20 Yanvar qəhrəmanlıq tariximizdir" adlı əbəbi-bədii kompozisiya keçirildi. Daha sonra "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı keçirilmiş inşa və rəsm müsabiqələrinin qalibləri Fəxri fərmanlarla təltif edildilər.