"Uşaq hüquqlarına qarşı zorakılığa yox deyək dəyirmi masa" keçirildi

1- dekabr 2015-ci il tarixdə Ə.Məmmədov adına 76 № li tam orta məktəbdə “Uşaqlara qarşı zorakılığa yox deyək”mövzusunda "Dəyirmi masa”keçirildi.Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədir müavini,Avropa Şurası Parlament Assambleyasında uşaqlar üzrə baş məruzəçi,Suraxanı rayonundan seçilən deputat Sevinc xanım Fətəliyeva ,Suraxanı rayon İcra Hakimiyətinin başçısının müavini Afət Həsənova,Ombusman Aparatı hüquqi marifçilik sektor müdiri Faiq Ağayev,Suraxanı rayon Qadın və inkişaf Mərkəzinin sədri Xanməmmədova Şövkət,YAP Suraxanı rayonu üzrə Qadınlar Şurasının sədri:Musayeva Zəkiyyə,Protokol şöbəsinin böyük mütəxəssisi İlahə Əfqanlı, YAP Suraxanı rayon komitəsinin sədri Vüqar Seyidov,Hövsan qəsəbəsində olan məktəblərin direktorları ilə birlikdə məktəblərin psixoloqları da iştrak etdilər.Tədbirdə giriş sözü məktəbin direktoru Tağıyeva Tehranə açaraq, tədbir iştiraçılarını salamlayaraq qonaqları təqdim etdi. Giriş sözü : Uşaqlar bizim gələcəyimizdir! Uşaq hüquqlarının qorunması ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də uğurla davam etdirilən sosialyönümlü siyasətin tərkib hissəsi kimi ölkə Prezidentinin daim diqqət mərkəzindədir. Respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyev 22 dekabr 2008-ci ildə sərəncam imzalayıb. Bu sərəncama görə, dövlətin əsas öhdəliklərindən biri xalqın sağlam gələcəyini təmin etməkdən ibarətdir. Sərəncamla bağlı respublikada uşaq problemlərinin həlli istiqamətində həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən xeyli işlər görülüb, böyük layihələr həyata keçirilib. Ailələrə sonsuz sevinc bəxş edən uşaqlar həqiqətən bizim sabahımızdır. Dövlətimiz yeni nəslin - uşaqların sağlam, firəvan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan edilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Həmin sərəncam əsasında ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanıb həyata keçirilir. Bunlar da ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bilikli, peşəkar kadrların hazırlanmasına yönəlib. Uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. Bu gün deputat Sevinc xanım Fətəliyevanın təşəbbüsü və məktəbimizin təşkilatçılığı ilə keçirilən bu tədbirində əsas qayəsini uşaqların hüquqlarının qorunması, onların hər bir zorakılıdan müdafiəsinin təbliği təşkil edir.qonaqları salamladı və tədbirin məqsəd və məramını qonaqların diqqətinə çatdırdı.Deputat Sevinc Fətəliyeva çıxış edərək “Uşaq hüquqları uşaqların məruz qaldığı zorakılıq və ona qarşı aparılan mübarizə tədbirləri haqda geniş və ətraflı məlumat verdi.Mövzu ilə bağlı çıxış edənlər uşaqların,xüsusən,məktəb yaşlı uşaqların məruz qaldığı zorakılığa qarşı mübarizə aparılmaqda məktəbin rolunun əvəzedilməzliyindən danışdılar.Məktəblərdə psixoloqların öhdəsinə daha çox məsuliyyətin düşməsini xüsusi vurğuladılar.Şagirdlərin ifasında uşaq hüquqları ilə bağlı kiçik səhnəcik,vətən torpaq haqqında şeir parçaları qonaqlara xoş təsir bağışladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi