1-ç sinfinin "Qızıl payız "tedbiri

30-noyabr 2015-ci il tarixdə Ə.Məmmədov adına 76 № li tam orta məktəbin 1-a sinif şagirtlərinin hazırladıqları “Qızıl payız ”adlı tədbirə öz rəngarəngliyi ilə hamını heyran etdi.Məktəbin akt zalına daxil olarkən insanda elə təəsurat yarandı ki,bura akt zalına yox, gözəl bir payız günündə Azərbaycanın dilbər guşələrindən birinə təbiət seyrinə çıxmısan.Hamı səbirsizliklə tədbirin başlanmasını gözləyirdi. 33-şagird öz sinif müəllimləri Afət Mustafayeva ilə birlikdə zala daxil oldular.Sanki zala daxil olan fidan balalar özləri ilə payızı da gətirdilər.Balacaların hər birinin əyinlərindəki paltarlar payızın bir parçasını xatırladırdı.Birincilər payıza aid maraqlı şeir parçaları söylədilər,payızın bərəkət,bolluq ayı olduğunu payızda yetişən meyvələri əyani şəkildə nümayiş etdirdilər.Maraqlı şerlə,payız fəslinə aid səhnəciklər hər dəfə zalda əyləşən valideyinlər və müəllimlər tərəfindən alqışlarla qarşılanırdı.Xüsusilə balaca gimnast qızların çıxışları daha çox diqqəti cəlb etdi.Tədbir yekunlaşdı və sinif müəllimi Afət Mustafayeva şagirdlərin çıxışlarına münasibət bildirmək üçün sözü məktəbin direktoru T. Tağıyevaya veridi.T.Tağıyeva tədbirin keçirilməsində əməyi olan A.Mustafayevaya və sinif müəlliminə dəstək olan bütün valideyinlərə öz təşəkkürünü bildirdi. Sonra təlim-tərbiyyə işləri üzrə direktor müavini N.İsmayılov öz çıxışında qeyd etdi ki,cəmi 2- ay yarım məktəbə gələn bu şagirtlərin istedadları bizi çox sevindirdi və arzu etdi ki,bu balaca balalar gələcəkdə Azərbaycanın bayrağını daha uca zirvələrdə dalğalandırsınlar.Sonra istedadlı və fəal şagirdlərə məktəbin direktoru T.Tağıyeva fəxri fərmanlar təqdim etdi.